İnsanlara hürriyət, millətlərə istiqlal!

On ayda 2,4 milyard dollarlıq qeyri-neft məhsulu ixrac etmişik  

745 10.11.2022 13:08 İqtisadiyyat A A

 

2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın ümumi ixracı 34,7 milyard dollar təşkil edib ki, bunun da 2,4 milyard dollarını qeyri-neft məhsulları təşkil edib. Beləliklə, qeyri-neft sektoru üzrə ixrac 2021-ci ilin on ayı ilə müqayisədə 16,2 faiz artıb.

Musavat.com İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın noyabr sayına əsasən xəbər verir ki, cari ilin yanvar-oktyabr aylarında kimya sənayesi məhsullarının ixracı 2 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 25,7 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 24,5 faiz, çay ixracı isə 48,9 faiz artıb.

Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 672,1 milyon dollar təşkil edib. 2022-ci ilin yanvar-oktyabr ayları ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 92,5 faizini təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı əlavə dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 29 faiz artıb.

2022-ci ilin oktyabr ayı üzrə ixrac 5,2 milyard dollar olub ki, burada da qeyri-neft sektorunun payı 269,1 milyon dollar təşkil edib. 2022-ci ilin oktyabr ayı ərzində yeyinti məhsulları üzrə ixrac 73 milyon dollara, qeyri-yeyinti məhsulları üzrə isə 17,5 faiz artaraq 196,2 milyon dollara bərabər olub.


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR