İnsanlara hürriyət, millətlərə istiqlal!

Ombudsmanın məruzəsi qəbul edildi - Spikerdən Səbinə Əliyevaya tövsiyə

913 07.03.2023 13:10 Siyasət A A

Milli Məclisdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsman) illik məruzəsi dinlənilib.

S.Əliyeva deyib ki, 2022-ci ildə Ombudsmanın ünvanına 28.525 müraciət olunub.

Bəzi deputatlar məruzə ilə bağlı Ombudsmana suallar ünvanlayıblar.

Deputat Vahid Əhmədovun təşəbbüsü ilə müzakirələr dayandırılıb və məruzə səsə qoyularaq qəbul edilib.

Spiker Sahibə Qafarova deputatların müraciətinə Ombudsmanın yazılı şəkildə cavab verməsini məqbul sayıb. Həmçinin Zahid Orucun rəhbərlik etdiyi İnsan haqları komitəsinin bu cavablara diqqət yetirməsini təklif edib.

Sonda spiker S.Əliyevadan Xankəndi-Xəlfəli-Turşsu istiqamətində törədilmiş erməni təxribatı ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında daha fəal olmağa çağırıb.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR