İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölüm döşəyində qızına etiraf etdi: "Həmin adam mənəm..." - FOTO

1820 14.12.2023 14:40 Dünya A A

Bankı soyaraq 52 il ABŞ polisindən qaçmağı bacaran Tomas Randelin hekayəsi qızı Eşli Randelin podkasta qatılması ilə yenidən gündəmə gəlib.

Musavat.com xəbər verir ki, "The Binge"də yayımlanan podkastda Eşli Randel atasının 2021-ci ildə ölümündən əvvəl ona ABŞ-da ən çox axtarılan cinayətkarlardan biri olduğunu etiraf etməsindən danışıb.

6579c2814e3fe115cc2e28a3.jpg (64 KB)

1969-cu ilin yanvarında Ted Konrad məmur işlədiyi bankdan 215 min dollar götürüb və yoxa çıxıb. İnflyasiya nəzərə alındıqda bu məbləğ hazırda 1,7 milyon dollara bərabərdir. Ailəsi ilə əlaqəni kəsən Konrad "Tomas Randel" adı ilə saxta kimliklə özünə yeni həyat qurub. O vaxtdan bəri polislər tərəfindən tutulmayan Randel ailə həyatı qurub.

İllər sonra Randel ağciyər xərçənginə tutulub və 2021-ci ildə vəziyyəti pisləşib. Qızı Eşli Randel deyir ki, atası onu ölüm yatağında olarkən yanına çağırıb: "Atam həqiqəti etiraf etdi. Dedi ki, axtarılan adam özüdür".

6579c1404e3fe115cc2e2892.jpg (106 KB)

38 yaşlı Eşli deyir ki, o, əvvəlcə bunun zarafat olduğunu düşünüb, lakin sonradan həqiqəti anlayıb.

"Atam həmişə pis zarafatlar edirdi. Bu etirafdan sonra yenə də ona inanmadım, amma internetdə onun dediklərinə baxanda bank soyğunçuluğu hekayəsinə rast gəldim və həqiqəti anladım", - o qeyd edib. 

Randel atasının gözəl insan olduğunu və ona çox yaxşı valideynlik etdiyini bildirib: "Çox gözəl uşaqlığım keçib. Atamdan heç vaxt şübhələnməmişəm".

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR