İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölü tapılan Züleyxa Rəhiminin evindən görüntülər - FOTO/VİDEO

1065 02.05.2024 15:57 Reportaj A A

Ötən gün tanınmış xanəndə Züleyxa Rəhimi vəfat edib.

O, yaşadığı Kürdəxanı kəndində evində ölü tapılıb.

"Elgizlə izlə" verilişinin çəkiliş komandası sənətçinin evinə yollanıb. Xanəndənin qonşuları və nəvəsi onun vəfatı ilə bağlı danışıb.

Nəvəsi bildirib ki, Züleyxa Rəhimi qara ciyər xərçəngindən əziyyət çəkib. Bütün təkidlərə baxmayaraq o nəvələrinin onun müalicə etdirməsinə imkan verməyib.

Çəkiliş zamanı xanəndənin yaşadığı evin görüntüləri də nümayiş olunub. O ömrünün sonillərini baxımsız və pis şəraitdə olan evdə keçirib. Nəvəsi mənzili çəkməyə icazə verməyib. O bildirib ki, ev pis gündədir və təmir işi gedir.

Rəhimi elə Kürdəxanı qəsəbəsindəki qəbiristanlıqda da dəfn olunub.

Xatırladaq ki, Züleyxa Rəhimi 1937-ci ildə anadan olub. 13 yaşında Suraxanıda yerləşən mədəniyyət evində solist olub. 1969-cü ildə Asəf Zeynallı adına musiqi məktəbində təhsil alıb. Təhsilini bitirdikdən sonra ailə həyatı qurub.

Oğlunun 2 yaşı olanda, o, həyat yoldaşından boşanıb.

Rəhimi “Qubanın ağ alması”, “Gəlmə gəlmə” kimi mahnılarıyla məşhurdur. Sənətçi “Qubanın ağ alması”, “Qarabağ, ay Qarabağ”, “Xatırla məni” kimi ifaları ilə dinləyicilərin sevgisini qazanıb.

Ətraflı videoda:/BAKU.WS

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR