İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ölü adam" bir addım öndədir- İsrailə BÖYÜK ŞOK

1570 25.01.2024 17:11 Dünya A A

Oktyabrın 7-də HƏMAS hücumunun əsas memarlarından hesab edilən Yəhya Sinvar uzun müddətdir ki, İsrailin hədəfindədir.

Musavat.com xəbər verir ki, NBC News-da yayımlanan xəbərdə Sinvarın harada olduğu sualına cavab axtarılıb.

NBC bildirib ki, HƏMAS lideri İsrail Müdafiə Qüvvələri (İDF) və İsrail kəşfiyyat orqanlarından bir addım öndə olmağı bacarıb.

Xəbərdə keçmiş İDF zabitlərinin və təhlükəsizlik rəsmilərinin fikirləri yer alıb. Səlahiyyətlilər Sinvarın üç hədəfinin olduğunu bildirib. Bunlardan biri sağ qalmaq, digəri HƏMAS-ın sağ qalmasını təmin etmək, üçüncüsü isə HƏMAS-ın müharibədən sonra Qəzzanın idarə olunmasında rol almasını təmin etməkdir.

Bu xəbər İsrail mətbuatında da geniş əks-səda doğurub. İsrail mediası yazır ki, “Sinvar İsraildən bir addım öndədir”.

Qeyd edək ki, HƏMAS-ın qurucu üzvlərindən biri olan 61 yaşlı Sinvar isə “HƏMAS-ın beyni” sayılır və İsrail administrasiyası onu “gəzən ölü adam” adlandırır. 1988-ci ildə iki İsrail əsgərinin ölümündən sonra həbs edilən Sinvar 2011-ci ildə əsir mübadiləsi müqaviləsi ilə azadlığa buraxılıb. Sərbəst buraxıldıqdan sonra sürətlə yüksələn və HƏMAS-ın ikinci əsas adamına çevrilən Sinvar Qəzzanın hakimidir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR