İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölmüş körpənin doğum evindən qaçırılması cəhdinin anbaan görüntüləri – YENİLƏNİB + VİDEO

2952 27.07.2022 20:27 Hadisə A A

26 günlük uşağı ailənin razılığı olmadan xəstəxanadan çıxarıb qaçırılma anının görüntüləri yayılıb.

 Musavat.com xəbər verir ki, Bizim.Media-nın yayımladığı videoda “Niva” markalı maşında ikisi tibb işçisi olmaqla 3 nəfərin ölmüş körpənin meyitini xəstəxanadan çıxarmaq istəməsi görünür.

Bu zaman körpənin yaxınları ölmüş uşağın meyitinin onlardan icazəsiz xəstəxanadan çıxarılmasının qarşısını alıblar.

Həm sürücü, həm də tibb işçiləri hərəkətlərinə aydınlıq gətirə bilməyiblər.

Sözügedən görüntüləri təqdim edirik:

*19:04*

26 günlük uşağı ailənin razılığı olmadan xəstəxanadan çıxarıb qaçırmaqda ittiham olunan pediatr Nigar Şahbazova açıqlama verib.

Musavat.com xəbər verir ki, o, Bizim.Media-ya açıqlamasında ittihamlarla razılaşmadığını qeyd edib:

“O uşaq bizim aparatlarımızın və həkimlərimizin sayəsində 26 gün yaşadı. Başqa xəstəxanada bu uşaq heç 1 saat da yaşamazdı. Əgər körpə və ya başqa bir şəxs dünyasını dəyişirsə, ata-ananın, qohumların razılığı olursa, o uşaq heç yerə getmir. Onlar ərizə yazır, təhlildən imtina edir və aparır. Amma bu ailə təhlilə razılığını bildirdi. Uşağın anası, atası və nənəsi yanımda idilər. Dedim “uşaq ölüb, ekspertizaya razılıq verirsinizmi?” Nənə “bəli” dedi. Ərizə yazmaq isə lazım deyildi. Xəstəxanada kimsə ölürsə, o mütləq yarılmalıdır. Mən uşağı ekspertizaya aparırdım, başqa hara gedə bilərdim ki?”

Nigar Şahbazovanın sözlərinə görə, uşağın doğulandan öz nəfəsi olmayıb:

“Körpə doğulandan sonra qışqırığı olmalıdır. Hava ilə ağciyər dolur və onun nəticəsində uşaq nəfəs almağa başlayır. Bu uşağın nə qışqırığı, nə səsi, nə də öz nəfəsi və tənəffüsü olub. Biz də məcbur olduq, ilk saatdan körpəni süni nəfəs aparatına qoşduq. Yalnız ürəyinin hesabına o, 26 gün yaşaya bilib. Dəfələrlə qan vurmuşuq. Amma beyin tərəfdən olan pozulmalar bərpa olunmadı. İlk gündən olan qan sızma sahələri artdı, mədəcikdə daxili qansızma oldu və sonra da beyin əriməsi getdi.

Baxmayaraq ki, çəkisi yaxşı idi, amma bu vəziyyətdən çıxa bilmədi. İnsan dayanacaqda dayanır, heç bilmir hansı avtobus gəlib-gedəcək. Doğuş da elə bir şeydir. Bu uşaq vaxtında doğulan uşaq idi, ölməməliydi. Amma doğuşda nə fəsad olub, ondan əvvəl hansı problemlər olub, bilmirəm. Bəlkə ana evdə yıxılıb, sonra doğuşa gəlib. Bax onu da deyə bilmirik. Düzdür, doğuş çətin və həddindən artıq uzun keçib. Orada nə baş verib, heç nə deyə bilmərəm. Çünki doğuşda olmamışam”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR