İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkəni tərk edənlərə 14 il həbs cəzası –İranda inanılmaz qərar

548 18.01.2023 12:14 Region A A

İranda tibb sahəsindən məzun olanlar ağır şərtlərlə üz-üzə qalıblar.

Musavat.com xəbər verir ki, jurnalist Behnam Qolipur yazıb ki, mövcud vəziyyətdən narahat olan İranı tərk etmək istəyən məzunları 14 ilə qədər həbs cəzası gözləyir:

“Səhiyyə Nazirliyinin gizli göstərişi ilə həkimlərin mühacirətinin qarşısını almaq məqsədi ilə tibb məzunlarına 5 ildən 14 ilə qədər həbs cəzası verilir. Bütün məzunlar yalnız əlverişsiz bölgələrdə beş il xidmət etdikdən və ən azı 210 milyon tümən ödədikdən sonra tibb dərəcəsini ala və İranı tərk edə bilərlər”.

Qeyd edək ki, həkimlərin və tibb işçilərinin kütləvi miqrasiyası bir müddətdir İranda böhran yaradıb. İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin İnsan Resursları Baş İdarəsinin rəisi Seyfullah Muradi Səhiyyə Nazirliyinin ən azı 100 min işçiyə ehtiyacı olduğu barədə açıqlama vermişdi.

Mühacirət edən tibb işçilərinin dəqiq statistikası məlum olmasa da, ildə təxminən 1250 tibb işçisinin ölkədən getmək üçün nazirlikdən arayış əldə etmək üçün müraciət etdiyini bildirilir.

Hazırda İranda hər 1000 nəfərə 1-6 tibb bacısı düşür ki, bu da dünyada nəzərdə tutulan minimumdan da azdır.

 WhatsApp Image 2023-01-18 at 11.59.30 (1).jpeg (163 KB)

Toğrul İSMAYIL,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR