İnsanlara hürriyət, millətlərə istiqlal!

Olaf Şolts: “Almaniya qışa hazırdır”

700 03.10.2022 15:55 İqtisadiyyat A A

Almaniya bu qış öz enerji təhlükəsizliyini Rusiya qazı olmadan təmin etmək üçün əvvəlcədən hazırlıq görüb və böyük ehtimalla, bu vəzifənin öhdəsindən gəlmək mümkün olacaq.

Musavat.com xəbər verir ki, bu fikri Almaniya kansleri Olaf Şolts Alman Birliyi Günü münasibətilə çıxışında səsləndirib:

“Almaniya qışa hazırlaşıb. Əvvəlcədən ötən ilkindən fərqli olaraq bu il qışı Rusiya qazı olmadan keçirməyə imkan verəcək işlərin görülməsi üçün qərarlar verilib. Əgər həmin qərarların icrasına hərtərəfli dəstək verilərsə, biz bunun öhdəsindən gələcəyik. Biz həmçinin uzunmüddətli dövrdə heç bir ölkədən enerji asılılığında olmamaq, heç kimin bizi şantaj etməsinə, bizə təzyiq göstərməsinə imkan verməmək üçün lazım olan bütün addımları atacağıq”.

Almaniyanın xarici işlər naziri Annalena Berbokun verdiyi məlumata görə, hazırda ölkənin Rusiya qazından asılılığı 6-8 faiz təşkil edir.

Qeyd edək ki, bu günlərdə İtaliya hökuməti də Rusiya qazının nəqlinin tamamilə dayanmasının ölkə üçün ciddi çətinlik yaratmayacağını açıqlayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR