İnsanlara hürriyət, millətlərə istiqlal!

Oktyabrda Rusiya neft ixracından nə qədər qazanıb? - Beynəlxalq qurum rəqəmləri açıqladı

615 14.11.2023 16:53 Dünya A A

Bütün sanksiyalara baxmayaraq, Rusiya neft ixracından yüz milyardlarla dollar qazanmağa davam edir.

Musavat.com Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatına istinadən xəbər verir ki, oktyabrda Rusiya neftinin ixracı sutkada 70 min barel azalaraq 7,5 milyon barel təşkil edib.

Ay ərzində daxili bazarda qiymətləri qorumaq üçün benzin və dizel ixracına qoyulan qadağaya görə neft ixracındakı artım neft məhsullarının tədarükünün azalmasını kompensasiya edə bilməyib.

Agentlik bildirir ki, Rusiyada neft hasilatı oktyabrda sutkada 30 min barel artaraq 9,53 milyon barel olub:

“Moskva 2023-cü ilin sentyabr ayından neft ixracını sutkada 300 min barel azaltmağa söz verib. Lakin ilkin hesablamalar göstərir ki, neft və neft məhsullarının ümumi ixracı may-iyun aylarının orta göstəricisi olan 7,6 milyon barel ilə müqayisədə sutkada 7,5 milyon barel təşkil edib. Yəni azalma cəmi 100 min barel olub. Təkcə neft tədarükü 5 milyon barel təşkil edib ki, bu da may-iyun ayları üzrə orta göstəriciyə uyğundur. Oktyabrda neft, kondensat və maye qaz kondensatının ixracının ümumi həcmi sentyabrla müqayisədə sutkada 50 min barrel artmaqla 10,9 milyon barel təşkil edib. 2023-cü ildə neft hasilatının sutkada orta hesabla 10,95 milyon barel (əvvəlki proqnoz - 10,9 milyon barel) olacağı proqnozlaşdırılır ki, bu da ötən illə müqayisədə 140 min barel azdır".

Oktyabrda Rusiyadan neft ixracı sentyabr ayı ilə müqayisədə sutkada 100 min barel artaraq ötən ilin səviyyəsində - 5 milyon barel, neft məhsullarının ixracı isə 200 min barel azalaraq ötən ilki səviyyədən 300 min barel az olub - 2,5 milyon barel.
Rusiya neftinin Brentlə müqayisədə diskontu azalsa da, qlobal bazarda qiymətlərin ucuzlaşması Moskvanın ixrac gəlirinin 25 milyon dollar azalaraq 18,34 milyard dollar təşkil etməsinə səbəb olub. BEA qeyd edir ki, Rusiya nefti və neft məhsullarının qiymətləri, benzin və vakkum qazoylu istisna olmaqla, G7 tərəfindən müəyyən edilmiş qiymət həddindən yüksək olub.

ABŞ-ın Rusiya neftinə tətbiq edilən qiymət tavanını pozan şirkətlərə qarşı tətbiq etdiyi ilk sanksiyalar nəql xərclərini artırmaqla ayın ikinci yarısında Rusiya neftinin qiymətlərinin bir qədər aşağı düşməsinə səbəb olub. Göndərmə həcmlərinin sutkada 110 min barel artması ümumi neft ixracını 5,04 milyon barelə çatdırmağa və aşağı qiymətləri kompensasiya etməyə imkan verib. Nəticədə dənizlə daşınan neftdən gəlirlərin aylıq 3,3 faiz və ya 280 milyon dollar artmasına, eyni zamanda boru ilə nəql edilən neftin qiymətinin daha yüksək olması aşağı həcmləri bir qədər kompensasiya edərək, bu daşımalardan əldə olunan gəliri 11 faiz və ya 360 milyon dollar artırıb.

Neft ixracından əldə olunan gəlir illik müqayisədə 660 milyon dollar artaraq 12,67 milyard dollara çatıb. Lakin neft məhsullarının həm qiymətlərinin, həm də ixracının azalması sentyabrla müqayisədə bu məhsullardan əldə olunan gəlirin 690 milyon dollar azalaraq 5,67 milyard dollara (bi il əvvəlki məbləğdən 620 dollar az-red.) düşməsinə səbəb olub.

Rusiya neftinin Türkiyəyə dəniz tədarükü sutkada 40 min barel artaraq 320 min barelə, Hindistana 90 min barel artaraq 1,64 milyon barelə yüksəlib ki, bu da Çinə ixracda analoji azalmanı kompensasiya edib. Digər istiqamətlərə ixrac ayda 200 min barel, o cümlədən Avropa İttifaqına tədarük 90 min barel azalıb.

Neft məhsullarının tədarükündə ən böyük azalma Yaxın Şərq ölkələrinə (gündə 180 min barel - 130 min barel), Hindistanda (gündə 120 min barel), Çində (50 min barel) və Türkiyədə (40 min barel) baş verib. İxracda azalma əsasən mazut və benzinə təsir edib, dizel yanacağı ixracı isə 10 min barel artaraq 740 min barel olub.

BEA qeyd edir ki, oktyabrın 12-də ABŞ Maliyyə Nazirliyi (OFAC) qiymət həddini pozduqlarına görə gəmilərə və sahiblərinə (iki neft tankeri və onların Türkiyə və BƏƏ-də qeydiyyatdan keçmiş sahibləri) qarşı ilk bloklayıcı sanksiyaları tətbiq edib.

Bundan sonra Rusiya neftinin Baltikdən Hindistanın qərb sahillərinə daşınmasının dəyəri 35 faizdən çox artıb. Daşıma qiymətləri sonuncu dəfə 2023-cü ilin may ayında bu səviyyədə idi və sonra qaranlıq donanmaların sayı artdıqca aşağı düşdü. Rusiya xam neftinin Brent-ə nisbətdə endirimləri oktyabr ayında azalmağa davam edib, lakin ayın ortalarından sonra yük tariflərindəki artım tendensiyanı dəyişib.

Analitiklərin hesablamalarına görə, oktyabrda Rusiya büdcəsinin gəlirləri, sentyabr ayı ilə müqayisədə 2,4 faiz artaraq 10,9 milyard dollara çatıb ki, bu da 2022-ci ilin oktyabr ayı ilə müqayisədə 13 faiz çoxdur:

"Bu artım təxminən 1-2 aylıq geriləmə ilə Rusiya neftinin və neft məhsullarının qiymətlərində və həcmlərindəki tendensiyaları əks etdirir. 2023-cü ilin oktyabrında qiymətlərin azalması və rublun zəifləməsi noyabr ayı üzrə gəlirlərdə özünü göstərəcək. İxrac rüsumlarından daxilolmalar (ümumi büdcə gəlirlərinin təqribən 5 faizini təşkil edir) sentyabr və oktyabr aylarında qiymətlər artdıqca 29 faiz artıb. Faydalı qazıntıların hasilatı vergisi (MET) əvvəlki ayla müqayisədə 1,2 faiz artaraq 10 milyard dollardan yuxarı olub".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR