İnsanlara hürriyət, millətlərə istiqlal!

Okan Burukun "Qalatasaray"ından möhtəşəm göstərici

690 06.02.2023 14:53 İdman A A

"Qatalasaray"ın baş məşqçisi Okan Burukun rəhbərliyi altında superliqada dalbadal 12-ci qələbəsini qazanıb.

Qol.az xəbər verir ki, bu, "Trabzonspor"la matça (2:1) təsadüf edib. Bununla da 49 yaşlı mütəxəssis Okan Buruk Mustafa Dənizlinin 12 oyunluq qələbə seriyasına şərik çıxıb. Türkiyə mediasının yazdığına görə, bu göstəricidə mütləq rekord da M.Dənizliyə məxsusdur.

Qeyd edək ki, sarı-qırmızılılar 1987-88 mövsümünün sonu və 1988-89 mövsümünün əvvəlində Mustafa Dənizlinin rəhbərliyi altında ardıcıl 13 dəfə qalib gəlib. Beləliklə, əgər Okan Buruk superliqada daha bir qələbə qazansa, M.Dənizlinin rekorduna şərik çıxacaq.

Okan Buruk daha əvvəl dalbadal 10 qələbəsi olan Fatih Terimin rekordunu qıra bilib. Bundan başqa, o, superliqa tarixində Şenol Günəş və Ziya Doğana məxsus olan bir mövsümdə ən uzun qələbə seriyasını (11) da yeniləyə bilib.

Əlavə edək ki, "Qalatasaray" hazırda 22 oyundan 54 xalla superliqada liderdir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR