İnsanlara hürriyət, millətlərə istiqlal!

Ohanyan: “KTMT-dən imtina Ermənistanı yeni təhlükə altında qoyur”

814 15.11.2023 17:29 Region A A


“Paşinyan iqtidarında ən azı xarici siyasət sahəsində sözlə əməl uyğun gəlmir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu, Ermənistan parlamentində “Ermənistan” blokunun parlament fraksiyasının rəhbəri Seyran Ohanyan tərəfindən səslənib.

Ohanyan baş nazir Nikol Paşinyanın qarşıdan gələn parlament seçkilərində iştirak etməməsi faktı barədə danışıb.

“KTMT Ermənistanın birbaşa iştirakı ilə yaradılan bir təşkilatdır. KTMT-nin formalaşmasına gedən bütün yol o qədər də sadə olmayıb, bütöv bir hüquqi paket yaradılıb və Ermənistan bütün bu prosesdə fəal iştirak edib. Ermənistanın (Ohanyan həmçinin uydurma bir dövlətin də adını çəkir-red.) kifayət qədər ağır hərbi-siyasi vəziyyətdə olduğu və təhdidlərin dərinləşdiyi bir şəraitdə KTMT tədbirlərində iştirak etməməsi onun təhlükəsizliyini yeni zərbə riski altına alır”,-deyə Ohanyan qeyd edib.

Sabiq müdafiə nazirinə görə,  KTMT ilə münasibətlərin korlanması bir çox hallarda Ermənistan hakimiyyətindən qaynaqlanır. “Biz Ermənistanın mövcud olduğu bütün strukturlarda tədbirlərdə iştirak etməliyik. Əgər alyans üzvləri və ya qonşularla problemlər varsa, o zaman bu məsələlər məhz tədbirlərin keçirildiyi platformalarda qaldırılmalıdır”, - deyə o qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR