İnsanlara hürriyət, millətlərə istiqlal!

“Oğlum işsizdir, elə onu deyərdim də…” –Rasim Balayev Prezidentlə görüşündən DANIŞDI VİDEO

1099 23.08.2023 17:29 Siyasət A A

"Neçə gündür düşünürəm, nə qəbahət etdim ki, bu dərəcədə reaksiya verildi. Məndən sənətimə uyğun olmayan şeylər tələb edirlər. Deyirlər, Prezidentlə görüşəndə hansısa məsələləri ortaya qoymalıydım. Bilmirlər ki, orada hər şey qrafiklə gedir".

Musavat.com Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Rasim Balayev yutubda yayımlanan "Bizim müsahibimiz" layihəsində deyib. Bir müddətdir tənqid hədəfinə çevrilən aktyor ünvanına deyilənlərə reaksiya verib:

"Mənim missiyam bu idi: dəvət edildim ki, mükafatım təqdim olunsun. Mən deputat, nazir deyiləm. Mənim özümün nə qədər problemim var, onu deyərdim. Oğlum işsizdir, iş tapa bilmirəm. Bunu deyərdim, həllini də tapardı. Ayıbdır, deyə bilməzdim. Nəvəm neçə vaxt işsiz qaldı, iş tapa bilmirdi. Axırda özü baş vurdu və işə götürüldü. Mən ona görə kiməsə ağız açmadım. Kino problemlərini danışdım, kino dərdini dedim".

Qeyd edək ki, Prezident İlham Əliyev 75 illik yubileyi münasibətilə Xalq artisti Rasim Balayevi “İstiqlal” ordeni ilə təltif edib.

Musavat.com


VİDEOMÜSAHİBƏ "Yeni Azerbaycan" TV-yə məxsusdur

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR