İnsanlara hürriyət, millətlərə istiqlal!

"O universitet Bakıda tikilməməlidir" - Fazil Mustafadan mühüm TƏKLİF- VİDEO

1614 06.04.2024 10:44 Ölkə A A

Deputat Fazil Mustafa Milli Məclisin plenar iclasında önəmli təkliflə çıxış edib.

Musavat.com-un məlumatına görə deputat bildirib ki, Türkiyə-Azərbaycan Universiteti Bakıda deyil, regionda fəaliyyət göstərməlidir:

“Azərbaycana bu gün daha çox texniki və informasiya texnologiyaları ilə əlaqədar universitetin yaradılmasına ciddi ehtiyac var. Türkiyə-Azərbaycan Universitetinin yaradılması nəzərdə tutulur. Həmin universitetin binasının da Bakıda tikilməsi planlaşdırılır. Təklif edirəm ki, bu bina Bakıda yox regionda tikilsin. Ümumiyyətlə, təhsil ocaqlarını yavaş-yavaş regionlara yaymaq lazımdır.

Hesab edirəm ki, biz bu universiteti yaradarkən bunu qardaş ölkə ilə universitet yaratmaq xatirinə etməməliyik. Təklif edirəm ki, həmin təhsil ocağı Türkiyə-Azərbaycan Texniki Universiteti olsun. Daha peşəkar və prestijli universitetlər yaratmaqla Azərbaycan təhsilinin gələcəyinə töhfə verə bilərik”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR