İnsanlara hürriyət, millətlərə istiqlal!

“O torpaqlar bizi istəyir və karapetyanların nə düşünmələrindən asılı olmayaraq, biz ora dönəcəyik”- Bakıdan Ermənistana cavab

613 17.12.2025 19:12 Son xəbər A A

Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, “Ermənistanın Azərbaycanla həmsərhəd kəndlərinin boşalması bu gün baş vermir. O, ilk növbədə ötən 1987-91-ci illər arasında orada reallşadırılan növbəti deportasiyanın, keçmiş prezidentləri Levon Ter-Petrosyanın böyük şövqlə haqqında danışdığı, dediyi “600 illik” arzularını reallaşdırmalarının nəticəsidir. Onun ardınca da Köçəryanla Sərkisyanın Ermənistana rəhbərlik etdikləri dönəmlərdə boşaldılan azərbaycanlı kəndlərini nə qədər məskunlaşdırmağa cəhd etsələr də, alınmadı. Və bunun da çeşidli səbəbləri vardı ki, onlardan da biri mistik səslənsə də, fikrimcə, torpağın özünün dirənişi idi”.

Əslən Qərbi Azərbaycandan olan deputat Sahib Alıyev bu fikirləri Ermənistanın Azərbaycanla sərhədyanı ərazilərindəki kəndlərin sürətlə boşalması ilə bağlı “Bizim yol” hərəkatının koordinatoru Narek Karapetyanın iddialarına reaksiyası zamanı dedi. Erməni ekspert iddia edib ki, guya kəndlərin boşalmasının səbəblərindən biri Azərbaycan Ordusundan qorxudur. Musavat.com-a açıqlamasında S.Alıyev bildirdi. Ermənistanda səslənən iddialarla bağlı dedi ki, torpaq onu sevənlər, mineralından böyüyənlər, əcdadları orada yatanlar üçündür, ancaq onlara qucaq aça bilər: “Baxın, Nüvədini çıxmaqla, yerdə qalan azərbaycanlı kənd və qəsəbələrinin hamısı boşaldılar-boşaldılmaz Spitak zəlsələsi baş verdi, Ermənistanın bir hissəsini altı üstünə çevrildi. Bəlkə bu, edilən ədalətsizliyə, yol verilən vəhşiliyə təbiətin özünün reaksiyası idi. Anlayıram, dediklərim qətiyyən elmi təsir bağışlamır və siyasi analiz standartlarına da cavab vermir. Amma fakt da faktlığında qalır. Yəni deməyim odur ki, əmisinin pulu olmasaydı, intellekti ona ən yaxşı halda sadəcə, piştaxta arxasında durmağa imkan verən birinin bütün bunlara görə Nikol Paşinyanı tənqid etməsi əsassızdır”.

S.Alıyev qeyd etdi ki, əksinə, Paşinyan sərhədyanı kəndlərlə bağlı proqram hazırlatıdı və yaxşı-pis onu reallaşdrlmağa çalışır: “Amma dövlət hesabına tikilən evlərə belə gedib yaşamaqda haylar elə də həvəsli görünmürlər. Ona görə yox ki, həmən kəndlərin bir çoxundan Azərbaycan ordusunun mövqeləri görünür. Ona görə ki, qonşularımız proseslərin hansı yöndə getdiyinə baxır və bilirlər ki, həmən kəndlərə bir zamanlar orada yaşamış azərbaycanlıalr və onların övladları dönəcəklər. Belə hal bir neçə dəfə baş verib, mütləq yenə baş verəsidir. Amma bu Azərbaycan ordusunun həmən kəndlərə, yəni qədim yurd yerlərimizə girməsi nəticəsində baş verməyəcək. Ən yüksək səviyyədə bildirilib ki, Azərbaycanın kimsənin torpağında gözü yoxdur. Biz kimsədən torpaq istəmirik. Amma o torpaqların obrazlı desək, azərbaycanlıların bir hissəsində gözü var. Mənim də mineralından böyüdüyüm o torpaqlar bizi istəyir və karapetyanların nə düşünmələrindən asılı olmayaraq, biz ora dönəcəyik”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR