İnsanlara hürriyət, millətlərə istiqlal!

Nuno Qomeş: "Qarabağ"ın prezidenti kluba çox sərmayə qoyur"

853 21.11.2022 12:35 İdman A A

"Qarabağ"ın prezidenti kluba çox sərmayə qoyur və bu, gec-tez bəhrəsini verəcək"

Musavat.com "Report"a istinadən xəbər verir ki, bunu Portuqaliya millisinin sabiq futbolçusu Nuno Qomeş "TRT Spor"a açıqlamasında bildirib.

46 yaşlı keçmiş hücumçu "köhlən atlar"ın cari mövsüm yaxşı təsir bağışladığını bildirib: "Onlar turnir cədvəlində birincidirlər və UEFA Konfrans Liqasında Belçika "Gent"i ilə üz-üzə gələcəklər. Bu komandaya bir neçə portuqaliyalı, braziliyalı və qanalı qoşulub. Onlar yaxşı işləyirlər və əminəm ki, daha uğurlu olacaqlar".

Qeyd edək ki, "Qarabağ" "Gent"ə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR