İnsanlara hürriyət, millətlərə istiqlal!

Norveç rusiyalı turistlər üçün girişi bağlayıb

354 29.05.2024 14:37 Dünya A A

Ötən həftə rusiyalı turistlərin Norveçə girişinə qoyulan qadağa mayın 29-da qüvvəyə minib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Norveç vasitəsilə digər Avropa ölkələrinə, o cümlədən Finlandiyaya tranzit səyahət də artıq mümkün deyil.

Norveç hökumətinin daha əvvəl aydınlaşdırdığı kimi, yeni qaydalar yaxın qohumlarını ziyarət etmək üçün Norveçə gedən rusiyalılara, sərhəd sakini sertifikatları, tələbə və iş vizaları, habelə Şengen ölkələrində yaşamaq icazəsi olanlara şamil edilməyəcək.

Norveç sərhədçiləri əvvəllər Norveçin özü və ya Şengen sazişinin üzvü olan digər ölkələr tərəfindən verilmiş çoxillik turist vizası olan rusların ölkəyə girişindən imtina etmək hüququna malik olacaqlar. Norveç 2022-ci ildən ruslara turist vizası vermir. Ancaq Rusiya Federasiyasının vətəndaşları krallığa digər Şengen dövlətlərinin vizaları ilə gedə bilərdilər.

“Yay fəslidir və biz istəmirik ki, Ukraynada münaqişə davam edərkən rusiyalılar Norveçə və ya digər Şengen ölkələrinə üzrlü səbəblər olmadan sadəcə turist kimi səyahət edə bilsinlər”, - ölkənin Ədliyyə və İctimai Təhlükəsizlik Nazirliyinin rəhbəri Emili Enger Mel bildirib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR