İnsanlara hürriyət, millətlərə istiqlal!

Norveç Neft Fondu yarım ildə 143 milyard dollar qazanıb

1309 17.08.2023 01:40 İqtisadiyyat A A

Norveçin neft-qaz gəlirləri toplanan Norveç Pensiya Fondu 2023-cü ilin birinci yarısında 143 milyard dollar gəlir əldə edib. Bu artım əsasən yüksək texnologiyalı şirkətlərin səhmlərinin bahalaşması hesabına əldə edilib.

Fondun açıqladığı hesabata görə, ilin ilk yarımilində onun aktivlərinin dəyəri 10 faiz artıb. Bundan əlavə, Fond investisiya portfelindən 13,7 faiz, o cümlədən texnoloji şirkətlərə yatırımlarından 38,6 faiz qazanıb.

Altı ayda Fondun fiksə olunmuş gəlirlikli alətlərə investisiyaları 2,2 faiz gəlir, əmlak investisiyaları isə 4,6 faiz zərər gətirib. Norveç Fondu yaşıl energetikaya yatırımlardan 6,5 faiz gəlirliliyə nail olub.

İyunun sonuna Fondun səhmlərə yatırımları investisiya portfelinin 71,3 faizini, səhmlərə yatırımları isə 26,4 faizini təşkil edib.

Qeyd edək ki, Norveç Pensiya Fondunun aktivlərinin dəyəri 1,45 trilyon dollar həcmində qiymətləndirilir. Dünyada mövcud olan bütün səhmlərin 1,5 faizi onun əlindədir. Bu səhmlər arasında ən böyük paya Apple, Microsoft, Alphabet, Amazon.com və Nvidia şirkətlərinin səhmləri malikdir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR