İnsanlara hürriyət, millətlərə istiqlal!

Nobel mükafatı laureatı vəfat etdi

605 28.03.2024 01:21 Dünya A A

ABŞ-də yaşayan israilli psixoloq, iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Daniel Kaneman 90 yaşında vəfat edib.

Onun ölümü ilə bağlı məlumatı “The Washington Post”a övladlığa götürdüyü qızı təsdiqləyib.

Alim davranış iqtisadiyyatının banilərindən biri olmaqla yanaşı, qeyri-müəyyənlik və risk şəraitində qərarların qəbul edilməsini təsvir edən perspektiv nəzəriyyəsinin müəllifi idi.

Daniel Kaneman 5 mart 1938-ci ildə Təl-Əvivdə anadan olub və 2002-ci ildə “psixoloji tədqiqatların iqtisadiyyata inteqrasiyasına” görə iqtisadiyyat üzrə Nobel mükafatı alıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR