İnsanlara hürriyət, millətlərə istiqlal!

Nişanlısı tərəfindən öldürülən 16 yaşlı qızın oxuduğu məktəbin direktoru: "Mən nə edə bilərdim?"

1350 25.10.2022 12:28 Kriminal A A

Ötən həftə Abşeron rayonu Hökməli qəsəbəsində 16 yaşlı qızın qətlə yetirilməsi ilə bağlı xəbər vermişdik. Daha sonra aydın oldu ki, yeniyetmə 14 yaşında olarkən, yəni 6-cı sinifdə oxuduğu Hökməli qəsəbə tam orta məktəbindən ailəsinin təkidiylə uzaqlaşdırılıb.

Sözügedən məktəbin direktoru İsmayıl Bəndəliyev BAKU.WS-ə bununla bağlı danışıb.

O, bildirdi ki, yeniyetmənin məktəbdən çıxarılmasından xəbərdar olub.

"Bura Hökməlidir. Mən 20 ildir Hökməli qəsəbə tam orta məktəbində direktor işləyirəm. Əvvəllər də məktəbli qızları 5-ci sinifdən sonra təhsildən uzaqlaşdırırdılar".

Direktorun sözlərinə görə, öldürülən azyaşlının məktəbdən çıxarılması ilə bağlı məsələni 3 dəfə aktlaşdırıb:

"Hamı bilir ki, burda qızları məktəbdən çıxarırlar. Mən əgər həmin ailəni polisə versəydim atasız qızın evinə polis göndərdiyim üçün məni topa tutardılar. Nənəsi müraciət edərək qızı məktəbdən uzaqlaşdırmaq istədiyini bildirmişdi. Mən nə edə bilərdim?"

İ.Bəndəliyev məktəblinin dərsə gəldiyi müddətdə davamiyyətlə bağlı ciddi problem yaşamadığını, dərslərini isə kafi oxuduğunu vurğuladı.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR