İnsanlara hürriyət, millətlərə istiqlal!

Nino Burcanadze: Bu gün yalnız Cənubi Qafqazda deyil, bütövlükdə dünyada vəziyyət mürəkkəbdir

469 09.03.2023 22:23 Siyasət A A

Bu gün yalnız Cənubi Qafqazda deyil, bütövlükdə dünyada vəziyyət mürəkkəbdir.

Bunu X Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana gəlmiş Gürcüstan parlamentinin sabiq sədri Nino Burcanadze APA-nın regional təhlükəsizlik vəziyyəti ilə bağlı sualına cavab olaraq bildirib.

O, Ukrayna müharibəsindən sonra regionun və dünyanın müxtəlif təhdid və çətinliklərlə üzləşdiyini bildirib.

“Rusiyanın Ukraynada apardığı müharibə bizim regiona və eyni zamanda dünyaya təsir edir. Hesab edirəm ki, bu müharibəni sonlandırmaq üçün bütün addımlar atılmalıdır. Təbii ki, bir dalana dirənmənin olduğu da müşahidə olunur. Bizim regionumuzun, Azərbaycanın, Gürcüstanın və Ermənistanın ciddi problemləri var. Gürcüstanın iki ərazisi - Abxaziya və Osetiya işğal altındadır və bu ərazilərdə Rusiya qüvvələri var. Ümumilikdə vəziyyət bizi narahat edir”, Nino Burcanadze deyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR