İnsanlara hürriyət, millətlərə istiqlal!

Nikol Paşinyan yaxın vaxtlarda bir neçə naziri istefaya göndərəcək

456 26.08.2023 12:50 Siyasət A A

Nikol Paşinyanın yaxın vaxtlarda bir neçə naziri işdən çıxaracağı ilə bağlı xəbərlər yayılıb. Dəyişikliklərin payızda - oktyabrda edilməsi nəzərdə tutulduğundan və qərar yekun olmadığından hələlik bu, gizli saxlanılır. Bəzi məlumatlara görə, ilk qurban ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan da ola bilər.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti yazır.

“Gələn informasiyalara görə, Paşinyan ötən həftə Sünikə səfəri zamanı Sanasanyanın rəhbərlik etdiyi sahədə bəzi nöqsanları qeyd edib və bu barədə onu müşayiət edənlərə eyham vurub. Lakin Paşinyanı tanıyanlar onun ətrafındakılar bu qərarın hər dəqiqə dəyişə biləcəyinə inanırlar.

Hökumətdəki mənbələrimiz Sanosyanın İrəvan Ağsaqqallar Şurasına seçkilər üzrə təşviqat qərargahının rəis müavini təyin olunmasını təsadüfi hesab etmir. Gələcəkdə o, seçkilərdə tələb olunan məbləğdən az pul yığmaqda ittiham oluna, seçkidən sonra işdən çıxarıla bilər”,-deyə qəzet yazıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR