İnsanlara hürriyət, millətlərə istiqlal!

Nigar Camala hücum edən şəxs saxlanıldı VİDEO

3139 27.02.2023 10:26 Hadisə A A

“Müğənni Nigar Camalın avtomobilinə hücum edən şəxs saxlanılıb”.

Bunu Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib.

O qeyd edib ki, hücum edən şəxs müəyyən olunub və polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb:

“Məsələ barədə araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, ötən gün Nigar Camal sosial şəbəkə hesabında avtomobili ilə yolla hərəkət etdiyi zaman digər nəqliyyat vasitəsinin sürücüsünün onun qarşısına keçib hücum etməsinə dair paylaşım edib. 

***

"Avroviziya 2011” qalibi Nigar Camalın başına iş gəlib.

Musavat.com xəbər verir ki, müğənni bu haqda sosial şəbəkədə paylaşım edib. O bildirib ki, yolda gedərkən bir nəfər onun avtomobilinin qarşısını kəsib.

Daha sonra həmin şəxs maşından enərək Nigara yaxınlaşıb. Nigar pəncərəni açmadıqdan sonra, sürücü onun maşınına zərbələr endirib.

"KİA markalı avtomobilin sürücüsü mənim yoluma girmək istəyirdi. Tıxac idi, həm də böyük bir avtobus artıq yola girmişdi. Mən sol tərəfdən tam ortada idim, o isə maşını həmin yola müxtəlif hərəkətlərlə salmaq istəyirdi. Xəbərdarlıq etdim ki, siz neyləyirsiniz? Mən avtomobili avtobusa vura bilərəm. O da başladı bilə-bilə müxtəlif hərəkətlər etməyə. Mən də vəziyyətdən çıxmağa və yolumu davam etməyə çalışırdım. Gördüm ki, arxamca düşüb, yolumu kəsməyə çalışır. Aradan çıxa bilmirdim, ona görə də çəkməyə başladım ki, düşündüm əl çəkəcək. Birdən yolumu bağladı və mənə hücum elədi. Yuxarıda görüntüləri də təqdim etmişəm.

Mən başa düşmürəm bəzi kişi sürücülər qadınlara qarşı niyə belə aqressivdir?! Mən sağlamlığı yerində insanam, ancaq mənim yerimdə panik-atakı olan, epilepsiyadan və digər psixoloji xəstəliklərdən əziyyət çəkən bir xanım ola bilər - yaxud daha həssas biri. Onsuz ölkəmizdə qadına qarşı şiddət yayğındır. İndi isə bunu açıq-aşkar küçənin ortasında edirlər. Bu maşında Nigar Camal yox, haqqını tələb edə bilməyən, tez təsirə düşən biri də ola bilərdi. Bəlkə də daha pis hadisə yaşana bilərdi" deyə, ifaçı bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR