İnsanlara hürriyət, millətlərə istiqlal!

Neymar: “Hələ uduzmağı öyrənməmişəm”

566 12.12.2022 10:51 İdman A A

Braziliya millisinin üzvü Neymar DÇ-2022-nin 1/4 finalında Xorvatiyaya uduzaraq (1:1, penaltilər seriyası - 2:4) mübarizəni dayandırmaları barədə növbəti dəfə fikirlərini bölüşüb.

Qol.az xəbər verir ki, 30 yaşlı forvard bu haqda öz İnstaqram hesabında yazıb. O, hələ də çox məyus olduğunu deyib:

“Məğlubiyyət hələ də çox ağrı verir. Qələbəyə çox yaxın idik. Təəssüf ki, mən hələ də uduzmağı öyrənməmişəm. İtirmək məni daha güclü edir, amma bu çox ağırdır. Mən isə hələ buna öyrəşməmişəm.

Biz davam etməliyik... Həyat bizi incitsə belə, irəli getməyə məcburuq. Yaraların sağalması zaman alır.

Bir daha Braziliya xalqına göstərdikləri dəstəyə və məhəbbətə görə təşəkkür etmək istəyirəm. Sizin üçün mübarizə apardığımızı nəzərə alanda gücümüzün 100 faizini ortaya qoyuruq. Ağrılarımıza bir az da təsəlli veririk.

Hər şey üçün Qətərə təşəkkür edirəm. Bu dünya çemoionatı gözəl idi. Kubok Braziliyaya getməli idi. Amma olmadı. İndi ailə və dostlarla vaxt keçirmək və enerji yığmaq vaxtıdır. Çünki bu məğlubiyyətlə yaşamaq çox çətin olacaq. Hələ də çox ağrıyıram”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR