İnsanlara hürriyət, millətlərə istiqlal!

"New York Times" Pezeşkianın şəklini manşetə çıxardı FOTO

665 19.07.2024 09:47 Dünya A A

Tirajı bir milyondan çox olan məşhur “The New York Times” qəzetinin birinci səhifəsində İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın təsviri olan “İranda dəyişiklik vədləri” başlıqlı yazı dərc edilib.

Musavat.com dünya mediasına istinadən xəbər verir ki, məqalədə Məsud Pezeşkianın şəxsi həyatına və həyat yoldaşının yol qəzası nəticəsində dünyasını dəyişməsinə, seçkilərdə qalib gəldikdən sonra mərhum xanımı üçün tökdüyü göz yaşlarına və sevgi dolu sözlərinə toxunularaq yazılıb:

“İranda siyasətçilərin göz yaşları və romatik açıqlamaları nadir hallarda kamera qarşısında baş verir”.

İranın yeni prezidentinin qızı ilə təsvirinin paylaşıldığı məqalədə Pezeşkianın bəyanatları və Qərblə əlaqələri haqqında dedikləri yer alıb. Qəzet yazıb ki, Məsud Pezeşkian xanımının yoxluğunda ailəsinin və üç övladının yanında olduğu kimi, İran xalqının da yanında qalacağına söz verib.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR