İsrailin baş naziri Benyamin Netanyahu regiondakı hərbi vəziyyətlə bağlı diqqətçəkən açıqlamalar verib.
Musavat.com xəbər verir ki, Netanyahu İsrailin artıq müdafiə strategiyasını dəyişdiyini və təhlükəsizlik xətlərini birbaşa düşmən ərazilərinin daxilində qurduğunu bildirib.
Onun sözlərinə görə, İran, Hizbullah və Həmas əvvəlki gücündə deyil və İsrail bu zəiflikdən istifadə edərək yeni hərbi reallıq formalaşdırıb.
Baş nazir konkret istiqamətləri belə sıralayıb:
Suriyada – Hermon dağının ətəklərindən Yermuk bölgəsinədək uzanan xətt
Qəzzada – zolağın yarıdan çoxunu əhatə edən nəzarət sahəsi
Livanda – tank əleyhinə raket təhlükəsini uzaqlaşdırmaq üçün genişləndirilən təhlükəsizlik zonası
Netanyahu bildirib ki, bu addımlar İsrailin təhlükəsizliyini sərhədlər daxilində deyil, daha geniş coğrafiyada təmin etməyə hesablanıb.
O, çıxışında iddialı mesaj verərək vurğulayıb: “Yaxın Şərqin simasını dəyişəcəyimizi demişdim – və bunu etdik.”
Musavat.com






