İnsanlara hürriyət, millətlərə istiqlal!

"Neftin büdcədə qiyməti 15 dollar artırılaraq, 75 dollara çatdırılır"

492 07.06.2024 11:47 İqtisadiyyat A A

“Cari ilin 4 ayı ərzində dövlət büdcəsi gəlirlərinin proqnoz və icra göstəriciləri arasında fərqlər müşahidə olunub, bir çox gəlir mənbələri üzrə proqnozlarartıqlaması ilə icra edilib. Belə ki, bu ilin 4 ayı ərzində dövlət büdcəsinin gəlirləri proqnoza qarşı 1 094.4 milyon manat və ya 9.2% çox təşkil edib. Vergi oqranları xətti ilə təmin edilən gəlirlər proqnozdan 954.4 milyon manat və ya 16.7%, gömrük orqanları xətti ilə təmin edilən gəlirlər isə proqnozdan 131 milyon manat və ya 7.1% çox olub. Bütün bu artımlar həmçinin dövlət büdcəsi gəlilərinin proqnozuna yenidən baxılmasına zərurət yaradıb”.

Musavat.com bildirir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentdəki büdcə müzakirələri zamanı söyləyib.

O bildirib ki, dünyada gedən qlobal iqtisadi və geosiyasi proseslər, enerji daşıyıcılarının qiyməti, 2022-ci ilin faktiki nəticələri və cari il üzrə müşahidə olunan tendensiyalar nəzərə alınmaqla, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən cari il üzrə makroiqtisadi proqnozlar yenilənib:

“2024-cü ilin dövlət büdcəsinə yenidən baxılma zamanı təqdim edilmiş məlumatlarda ÜDM-in ilkin təqdim edilmiş 118,3 mlrd. manatdan 121.3 mlrd manatadək artırılması, iqtisadi artım tempinin isə ilkin təqdim edilmiş 2.4%-dən 3,8%-ə yüksəldilməsi əks olunub. ÜDM-dənominal məbləğdə nəzərdə tutulan artımın həm neft-qaz, həm də qeyri-neft/qaz sektoru hesabına təmin olunacağı proqnozlaşdırılır. Belə ki, dürüstləşdirilmiş proqnozda ÜDM-də gözlənilən 3,0 mlrd. Manat artımın 0,6 mlrd. manatının qeyri-neft/qaz, 2,4 mlrd. manatının isə neft-qaz sahələrindən formalaşacağı gözlənilir. Qeyri-neft-qaz sektorunda real artım proqnozu 2024-cü il üçün 4.6%-dən 5.5%-ə qədər artırılıb. Neft-qaz sektorunda real artım proqnozu isə -1.7%-dən +0.8%-ə dəyişdirilib”. T.Mirkişili əlavə edib ki, yenidən baxılan “Büdcə zərfi”ndə hesablamalar neftin bir barelinin orta illik qiymətinin təsdiq olunmuş layihədə nəzərdə tutulan qiymətin 15 dollar artırılaraq, 75 dollar səviyyəsinə uyğun həyata keçirilib: “2023-cü ilin yanvar-aprel aylarında inflyasiya tempi azalmaqda davam etmiş, orta illik inflyasiya 0,7%-ə bərabər olub, istehlak səbətinin hər 3 alt qrupu üzrə təkrəqəmli qiymət artımı izlənib. Təqdim edilmiş məlumatlara əsasən, ilkin proqnozlar zamanı 2024-cü ildə orta illik inflyasiyanın 5,3% olacağı nəzərdə tutulsa da, yenidən baxılma zamanı bu göstəriciyə düzəlişlər edilmiş və orta illik inflyasiyanın cari ildə 2,7%olacağı proqnozlaşdırılıb”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR