İnsanlara hürriyət, millətlərə istiqlal!

“Neftçi”nin sabiq baş məşqçisi Rumıniya klubunu aldadıb

772 09.11.2023 18:45 İdman A A

"Neftçi"nin sabiq baş məşqçisi Laurentsiu Regekampf Rumıniya klubu "Universitatya Krayova"nı aldadıb.

48 yaşlı mütəxəssis müqavilənin ləğvi üçün razılaşdırılan 300 000 avro təzminatı kluba ödəməyib.

Bunu "Universitatya Krayova"nın sahibi Mixay Rotaru açıqlayıb. O bildirib ki, mövsümün gedişində sözləşməyə təktərəfli xitam verən və Səudiyyə Ərəbistanının "Əl-Tai" klubunun "sükanı arxasına" keçən Regekampfla bağlı məhkəməyə müraciət olunub.

Qeyd edək ki, Laurentsiu Regekampf ötən mövsümün sonunda "Neftçi"dən ayrılıb. (Report)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR