İnsanlara hürriyət, millətlərə istiqlal!

“Neftçi”də CİDDİ İTKİLƏR

482 24.02.2024 14:56 İdman A A

“Neftçi” Premyer Liqanın 24-cü turunda “Turan Tovuz”la keçiriləcək oyuna itkilərlə çıxacaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mikro zədələri olan Rəhman Hacıyev və Azər Əliyev bu matçı buraxmalı olacaqlar. Komanda ilə məşqləri yenicə bərpa edən Andre Şinyaşiki baş məşqçinin qərarı ilə “Turan Tovuz”la matçda iştirak edə bilməyəcək. Uzun müddətdir zədəli olan Emil Balayevlə Ataa Caber isə bərpa və müalicə prosesini davam etdirir.

Sabah keçiriləcək “Turan Tovuz” – “Neftçi” oyunu saat 15:00-da başlayacaq. (Qafqazinfo)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR