İnsanlara hürriyət, millətlərə istiqlal!

Neftçalada 49 yaşlı kişi tanışı tərəfindən bıçaqlanıb

327 21.06.2022 08:25 Kriminal A A

Neftçala rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Bankə qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini, 1973-cü iltəvəllüdlü Musayev Zaur Ağayar oğlu bədənin kəsilmiş-deşilmiş yaraları ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Z. Musayev tanıdığı şəxs tərəfindən bıçaqlandığını bildirib.

Yaralı əməliyyat olunub, vəziyyəti kafidir.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR