İnsanlara hürriyət, millətlərə istiqlal!

Neft nəhənginin rəhbərindən çağırış: hasilat gücləri tezliklə tükənəcək

971 04.10.2022 17:10 İqtisadiyyat A A

Dünya neft bazarı təklifin azalması riskindənsə, daha çox tələbin azalması perspektivinə fokuslanıb.

Musavat.com xəbər verir ki, bu fikri Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkətinin rəhbəri Amin Nasser Londonda keçirilən “Energy Intelligence” forumunda səsləndirib. Onun sözlərinə görə, son aylarda neft qiymətlərinin azalması bazarın “təklifə təsir edən açar faktorlar əvəzinə qısamüddətli iqtisadi proqnozlara” əsaslanmasına görə baş verib.

“Financial Times”ın yazdığına görə, şirkət rəhbəri bildirib ki, neft sənayesinə qlobal investisiyaların çatışmazlığı ona gətirib çıxarıb ki, Çin karantin tədbirlərini aradan qaldırıb neft istehlakını bərpa edərsə, mövcud ehtiyat hasilat gücləri çox tezliklə tükənəcək: “Hazırda ehtiyat hasilat gücləri çox aşağıdır və Çində tələbatın artması ilə tamamilə tükənə bilər. Buna görə də dünyanın narahat olması lazımdır. Əgər Çin açılarsa və onun iqtisadiyyatı bərpa olmağa başlayarsa, yaxud aviasiya sahəsi yanacaq sərfiyyatını artırarsa, ehtiyat güclər kəskin azalacaq. Bu isə o deməkdir ki, gözlənilməz hadisələr zamanı manevr imkanları olmayacaq”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR