İnsanlara hürriyət, millətlərə istiqlal!

Neft 80 dolları keçdi: Bazarı “sevindirən” AMİLLƏR

280 10.01.2025 19:35 İqtisadiyyat A A

Bu gün günortadan sonra dünya bazarında neft qiymətlərinin bahalaşması daha da sürətlənib.

Musavat.com Londonun ICE birjasının məlumatlarına istinadən xəbər verir ki, Brent neftinin qiyməti son üç ayda ilk dəfə bir barel üçün 3 dollardan çox artmaqla 80 dollardan yuxarı qalxıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin fevral fyuçerslərinin qiyməti 3,20 dollar artaraq bir barelə görə 77,12 dollar təşkil edib.

Analitik mərkəzlər bildirirlər ki, bazar, Nymex-in ticarət etdiyi neftin saxlandığı Kuşing terminalında ehtiyatların 2014-cü ildən bəri ən aşağı səviyyəyə düşdüyünü göstərən məlumatlara müsbət reaksiya verir. Bundan əlavə, treyderlər Rusiya və İrana qarşı daha sərt sanksiyalardan qorxurlar.

Citi analitikləri dünən bu ilin birinci rübündə Brent markalı neftin bir barel üçün proqnozunu 65 dollardan 71 dollara, WTI üçün isə 61 dollardan 67 dollara qədər yaxşılaşdırıblar: “Neft bazarları ilin əvvəlində İranın xam neft ixracına böyük geosiyasi təsirlərin olacağı gözləntiləri ilə yüksəldi, soyuq hava isə isitmə tələbini artırır və ABŞ-ın xam neft ehtiyatlarının azalmasına səbəb olur”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR