İnsanlara hürriyət, millətlərə istiqlal!

Ned Prays ABŞ-ın Azərbaycanla Ermənistana sülh müqaviləsinin şərtlərini diktə etmədiyini bildirib

645 09.11.2022 01:02 Son xəbər A A

“Biz Cənubi Qafqazda sülhün olduğu gələcəyi təşviq etməyə sadiq qalırıq. İnanırıq ki, davam edən birbaşa dialoq, məsələlərin həllində və regionda dayanıqlı sülhə nail olmaq üçün açardır”.

APA xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays mətbuat konfransında bildirib. O deyib ki, ABŞ-ın prosesdə rolu danışıqları sürətləndirməkdir.

“Tərəflər dünənki görüşdə Bleyer Hausda bir araya gəldilər. Sentyabr ayında biz Nyu-Yorkda görüş təşkil etmişdik”, - deyə Prays bildirib.

ABŞ Dövlət Departamentinin sözçüsü əlavə edib ki, ölkəsinin bu prosesdə iştirakı Ermənistanla Azərbaycan arasında razılaşmanı tətbiq etmək deyil.

“Bizim gördüyümüz iş, iki tərəfin bir araya gəlməsi üçün məkan və ya fürsət yaratmaqdır ki, tərəflər fikir ayrılıqlarını müəyyən etsin və onları aradan qaldırmağa cəhd etsin. Düşünürəm ki, dünən iki tərəfin görüşü bir çox fikir ayrılıqlarının ortaya çıxmasına müsbət təsir göstərib. Fikrimcə günün sonunda diplomatiyaya davam edib, birbaşa dialoq barədə razılığa gələ biliblər. Bu olduqca vacibdir. Ancaq iki ölkə arasında davamlı sülhü təyin etmək bizim işimiz deyil”,- deyə Prays bildirib.

Dövlət Departamentinin sözçüsü bildirib ki, ABŞ tərəflərə imzalanmağa hazır olan sənəd təqdim etmir. Bu ölkə diplomatiya yolu ilə tərəflərə kömək üçün əlindən gələn hər şeyi edir.

“Bizim yanaşmamız budur və biz bu modelin effektivliyini nümayiş etdirmişik. Xatırladım ki, bu yaxınlarda İsrail və Livan arasında tarixi razılaşma əldə olundu və ABŞ bu prosesdə sürətləndirici rolunu oynadı. Hər hansı bir sülh müqaviləsinin şərtlərini (ABŞ-ın iştirakçı olmadığı hər hansı bir müqavilənin şərtlərini) təyin etmək, diktə etmək bizim işimiz deyil”, - deyə Prays vurğulayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR