İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirlikdən Aygün Bəylərin ölüm xəbəri ilə bağlı AÇIQLAMA

6404 06.01.2024 21:29 Hadisə A A

Azərbaycan Respublikasının əməkdar artist Aygün Hümmətova (Bəylər) haqqında yayılan ölüm xəbərləri həqiqəti əks etdirmir.

Musavat.com xəbər verir ki, bu barədə APA-ya Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova məlumat verib.

"Saat 22:50-də Ankara-Bakı reysi ilə Vətənə gətiriləcək. Hazırda süni tənəffüs aparatına qoşulub", - o deyib.

***

20:54

Əməkdar artist Aygün Bəylər vəfat edib.

Musavat.com Axşam.az-a istinadən xəbər verir ki, o, bu gün Ankarada müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Xəbəri onun yaxın dostu, Əməkdar artist Çingiz Əhmədov təsdiqləyib.

"Prodüseri Raminlə danışırdım, vəziyyəti yaxşı deyildi. İndi dedi ki, vəfat edib. Nəşini bu gecə Bakıya gətirəcəklər", - deyə aktyor əlavə edib.

Qeyd edək ki, Aygün Bəylər müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya yollanmışdı.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR