İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirlik Tik-Tokda tanış olduğu 15 yaşlı yeniyetməyə qoşulub qaçan qadınla bağlı hərəkətə keçdi VİDEO

1420 19.11.2022 15:53 Gündəm A A

Türkiyədə 4 uşağını və ərini qoyub Tik-Tokda tanış olduğu 15 yaşlı oğlanla qaçan qadınla bağlı müzakirələr səngimək bilmir. 

Musavat.com xəbər verir ki, sözügedən hadisə ilə bağlı Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi hərəkətə keçib.

Bildirilib ki, 4 uşaq anası Gülizar Akbulutun 15 yaşlı oğlana qarşı zorakılıq etdiyi və öz uşaqlarını ataraq həyatlarını riskə atdığı iddiası ilə cinayət işi qaldırıb.

Türkiyənin Kahramanmaraş şəhərində yaşayan Hasan Akbulut məşhur aparıcı Esra Erolun proqramına müraciət edərək 4 uşaq anası Gülizar Akbulutun 15 yaşlı oğlanın yanına qaçdığını bildirib. İddialardan sonra telefonla canlı yayıma çıxan Gülizar adlı qadın "Qaçdığım adam yeniyetmə ola bilər, amma evdəki ərimdən yaxşıdır" deyərək hər kəsi heyrətə salıb. Daha sonra baş verənləri danışmaq üçün studiyaya gələn gənc qadın 5, 4, 2 yaşlı və 5 aylıq uşaqlarını geridə qoyub evdən qaçdığına görə peşman olduğunu bildirib.

Hadisə Türkiyənin gündəminə çevrildikdən sonra, Ailə və Sosial Xidmətlər Nazirliyi də məsələ ilə bağlı hərəkətə keçib. Nazirlikdən verilən yazılı açıqlamada “Xəbərin mövzusu olan qadın 18 yaşı tamam olmamış yeniyetmyə qarşı zorakılıq edib, 2018, 2019, 2020 və 2022-ci il təvəllüdlü 4 övladını tərk edərək həyati təhlükəsi olan vəziyyətə saldığı üçün cinayət işi açılıb”,-deyə bildirilib.

Açıqlamada nazirliyin xidmət modelləri çərçivəsində istiqamətləndirilən ailəyə psixososial dəstək xidmətinin göstərildiyi, nəvələrinə baxmaq istəyən nənə və babalara Nazirlik tərəfindən dəstək veriləcəyi bildirilib. 

Musavat.com

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR