İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirlik çimərlikdəki BU GÖRÜNTÜLƏRƏ görə hərəkətə keçdi - VİDEO

1146 06.07.2026 13:10 Hadisə A A

Türkiyənin İzmir vilayətinin Seferihisar rayonunda çimərlikdə hicablı ana və qızına qarşı baş verən insident ölkədə geniş rezonans doğurub.

Musavat.com xəbər verir ki, hadisə ilə bağlı bir nəfər saxlanılıb.

Hadisə iyulun 3-də, saat 18:00 radələrində Seferihisarın Mersinalanı məhəlləsində yerləşən Ürkmez İpekkum çimərliyində qeydə alınıb.

Məlumata görə, günəş şezlonqlarının yerləşdirilməsi ilə bağlı yaranan mübahisə zamanı hicablı ana və qızı yaşlı bir qadının şifahi təhqir və hücumuna məruz qalıb. Mobil telefonla çəkilən görüntülərdə qadının "Çıxın!", "Siz kimsiniz?" və "Bura bizim ərazimizdir" kimi ifadələr işlədərək qışqırdığı, həmçinin stulu yerə atdığı əks olunub. Görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Türkiyə Ədliyyə Nazirliyinin yaydığı məlumata görə, hadisə ilə bağlı İzmir Baş Prokurorluğu tərəfindən cinayət işi üzrə istintaq başlanılıb. Araşdırmalar çərçivəsində İ.K. adlı şübhəli saxlanılıb.

Bildirilib ki, saxlanılan şəxsə qarşı Türkiyə Cinayət Məcəlləsinin 122-ci maddəsi – "nifrət və ayrı-seçkilik" maddəsi üzrə hüquqi tədbirlər görülür.

Faktla bağlı istintaq davam etdirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR