İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirlər arasında DAVA DÜŞDÜ: "Səslər dəhlizə yayılmışdı, rüsvayçılıqdır..."

2154 05.01.2024 14:50 Dünya A A

İsrail mətbuatının yazdığına görə, kabinet iclası böyük davaya səhnə olub.

Musavat.com xəbər verir ki, sözügedən xəbərə görə, baş qərargah rəisi Herzi Halevi də daxil olmaqla, bir çox nazirin İsrail Müdafiə Qüvvələrinin nümayəndələrini ittiham etməsindən sonra salonda qışqırıqlar eşidilib.

Bəzi xəbər agentlikləri bağlı qapılar arxasında gedən dava-dalaş səslərinin dəhlizlərə qədər yayıldığını bildirib.

Maliyyə naziri Bezalel Smotriç, milli təhlükəsizlik naziri İtamar Ben-Qvir, nəqliyyat naziri Miri Regev və regional əməkdaşlıq naziri David Amsalem, 2005-ci ildə Qəzza zolağından çəkilməyə dəstək verən İsrail Müdafiə Qüvvələrinin rəsmiləri 7 oktyabr hücumuna qədər olan hadisələri təhlil edərkən qəzəblərini ifadə ediblər.

Bir nazir "KAN" xəbər agentliyinə açıqlamasında hadisəni rüsvayçılıq adlandırıb: “Rüsvayçı mübahisə başladı. Ordu haqqında danışdılar. Müdafiə qurumunun bəzi yüksək rütbəli üzvləri getdi. Bizə nazirlərin iclas zalının kənarından qışqırıq səslərini eşitdiklərini söyləyən insanlar var idi”.

Bildirilir ki, hadisədən sonra İsrailin baş naziri Binyamin Netanyahu iclası yekunlaşdıraraq Haleviyə "bəzən nazirləri dinləmək lazımdır" deyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR