İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir Sahil Babayev Qəbələ rayonunda vətəndaşları qəbul edib - FOTOLAR

628 16.12.2022 17:53 Sosial A A

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Qəbələ rayonunda Qəbələ və İsmayıllı rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

Musavat.com xəbər verir ki, qəbuldan əvvəl S.Babayev və Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev Ümummilli Liderimiz Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Qəbul zamanı müraciət edən vətəndaşlardan bir hissəsi şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları olub.

Vətəndaşlar sosial təminat növləri, o cümlədən pensiya və ünvanlı sosial yardım, müavinət, eləcə də əlillik, reabilitasiya xidmətlərinə və aktiv məşğulluq proqramlarına cəlb edilmə, mənzillə təminat və s. məsələlərlə bağlı müraciət ediblər.

Müraciətlərin hər biri fərdi qaydada araşdırılaraq nəticəsinə əsasən tədbirlər görülüb.

Bir sıra sakinlər müraciətləri nəzərə alınaraq reabilitasiya və sosial xidmətlərə, aktiv məşğulluq proqramlarına (özünüməşğulluq, ictimai işlər, peşə hazırlığı) cəlb olunmaları üçün qeydiyyata alınıblar. Sorğu xarakterli müraciətlər edən vətəndaşlara müvafiq mövzularda ətraflı izahatlar verilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR