İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir Sahil Babayev CANLI YAYINa çıxacaq! Nə suallarınız varsa, verin

867 02.04.2024 09:36 Ölkə A A

Bu gün, aprelin 2-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni layihəsi olaraq, ölkəmizdə ilk sosial televiziya - DOST TV fəaliyyətə başlayacaq.

Musavat.com xəbər verir ki, bu yeni internet televiziya əmək, məşğulluq, sosial müdafiə və sosial təminat mövzuları üzrə verilişlər, xəbərlər yayımlamaqla, izləyici suallarının birbaşa cavablandırılmasını da təmin edəcək.

DOST TV-nin ilk efirinin “Sosial saat” verilişinin  qonağı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev olacaq.  Nazir müsahibəsi zamanı izləyicilərin  Nazirliyin fəaliyyət sahələrinə dair suallarını da cavablandıracaq.

Naziri aşağıdakı linklərdən birini tıklayarak izləyə və onunla interaktiv təmasa keçə bilərsiniz:

https://youtube.com/@dostmediatv?si=OK3v95mTUjXnOLWe

https://www.facebook.com/profile.php?id=61556078475527&mibextid=eQY6cl

https://www.instagram.com/dostmediatv?igsh=Z3gxNmdwajZ2Nm54&utm_source=qr
 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR