İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir Ramin İsrafilovu idarə rəisi təyin etdi FOTO

2511 11.06.2025 16:51 Son xəbər A A

Müdafiə Sənayesi Nazirliyinin nəzdində "Mərkəzi Təminat və Marketinq İdarəsi" MMC-yə yeni rəis təyin edilib.

Musavat.com "Qaynarinfo"ya istinadla xəbər verir ki, müdafiə sənayesi naziri Vüqar Mustafayevin müvafiq əmri ilə sözügedən vəzifəyə Ramin Rəhman oğlu İsrafilov gətirilib.

Qeyd edək ki, bir müddət əvvəl Ramin İsrafilov öz ərizəsi ilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbərinin müavini vəzifəsindən çıxarılıb. Bu barədə qurumun yeni sədri Rüfət Mahmud müvafiq əmr imzalayıb.

Xatırladaq ki, Mərkəzi Təminat və Marketinq İdarəsi ölkə Prezidentinin 27 sentyabr 2006-cı il tarixli fərmanı əsasında yaradılıb. İdarənin fəaliyyəti, əsasən, nazirliyin və onun tabeliyində olan müəssisələrin fəaliyyətlərinin həyata keçirilməsini təmin etmək üçün avadanlıq, dəstləşdirici hissələrin və mal-material dəyərlərinin təchizatı ilə bağlı işlər və digər xidmətlərin təşkilindən ibarətdir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR