İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir: "Bu müəllimlərə güzəşt olunmayacaq"

1076 23.08.2022 12:50 Təhsil A A

"Müəllimlərin sertifikatlaşdırılması imtahanında şəhid ailələrindən olan müəllimlərə hər hansı güzəşt olunması nəzərdə tutulmur".

Musavat.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

"Müəllimlərin işə qəbulu (MİQ) imtahanında onların yerləşdirilməsi baxımından güzəştlər tətbiq olunmuşdu. Lakin sertifikatlaşmada məqsəd peşəkarlığın müəyyən olunmasıdır. Bu baxımdan sözügedən kateqoriya üzrə güzəştlər tətbiq olunmayacaq", - nazir bildirib.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR