İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazarbayevin qardaşı oğlu çirkli pulların yuyulmasında günahını etiraf edib

658 01.04.2024 14:09 Ölkə A A

 

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldı Astanada keçirilən məhkəməsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin yuyulmasında günahını tam etiraf edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, məhkəmənin hazırlıq iclasında müdafiə tərəfi ittiham sövdələşməsi və qanunsuz əldə edilmiş əmlakın qaytarılması ilə bağlı prosessual sazişin bağlanması barədə vəsatətlə çıxış edib. “Bununla bağlı məhkəmə prosessual müqavilənin bağlanması məsələsini həll etmək üçün vaxt verib. Məhkəmə iclası qeyri-müəyyən müddətə təxirə salınıb”, - deyə rəsmi məlumatda bildirilir.

İbtidai istintaq çərçivəsində Satıbaldı götürülən təxminən 284 milyon dollar Qazaxıstan büdcəsinə köçürülüb. Bundan başqa 942 hektar torpaq sahəsi dövlətə qaytarılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR