İnsanlara hürriyət, millətlərə istiqlal!

Navalnının ölümünün əks-sədası davam edir

852 19.02.2024 11:51 Dünya A A

Rusiya Federasiyasının müxtəlif regionlarında koloniyada vəfat edən Aleksey Navalnının tərəfdarları müxalifətçinin xatirəsinə mitinqlər təşkil etməyə davam ediblər.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, ABŞ-ın Moskvadakı səfiri Lin Treysi və Böyük Britaniya səfiri Naycel Keysi, Aİ-nin Rusiyadakı səfiri Roland Qalaraq Moskvada, Lubyankada siyasi repressiya qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri qoyublar.

Xatırladaq ki, Aleksey Navalnının Yamalo-Nenets Muxtar Dairəsindəki 3 saylı “Qütb canavarı” islah koloniyasında ölməsi barədə fevralın 16-da Federal Penitensiar Xidmət (FSIN) məlumat yayıb. Məlumata görə, müxalif siyasətçi gəzintidən sonra özünü pis hiss edib və huşunu itirib.

Müxalifətlə əlaqəli media nümayəndələri Rusiyanın 36 şəhərində Navalnının xatirəsinə keçirilən mitinqlərdə 400-dən çox adamın saxlanıldığını bildiriblər. Saxlanılanlar “mitinqin təşkili və ya keçirilməsinin müəyyən edilmiş qaydasını pozma” və “Polis əməkdaşının qanuni əmrinə tabe olmama” maddələri ilə ittiham olunurlar. Onları 50 min rubla qədər cərimə və 15 sutkalıq inzibati həbs cəzası gözləyir. Eyni zamanda, nə mətbuatda, nə də DİN-in saytlarında saxlanılan və azadlığa buraxılan vətəndaşların sayı barədə məlumat yoxdur.

Navalnının həm tərəfdarları, həm də əleyhdarları müxalifət liderinin dul arvadı Yuliya Navalnayanın Rusiyaya gəlib-gəlməyəcəyi və ərinin yaratdığı strukturlarda hər hansı rol oynayıb-oynamayacağı ilə maraqlanırlar. O, artıq Münxen Təhlükəsizlik Konfransında çıxış edərək ərinin başına gələnlərə görə məsuliyyəti Rusiya hakimiyyətinin üzərinə qoyub. Oxşar bəyanatlar Rusiyanın qeyri-dost hesab etdiyi bir sıra ölkələrin rəhbərləri tərəfindən də səslənib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Moskva Qərb siyasətçilərinin Navalnının ölümü ilə bağlı bəyanatlarını quduz və qəbuledilməz hesab edir, çünki dəqiq məlumat, həkimlərin və məhkəmə ekspertlərinin açıqlamaları yoxdur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR