İnsanlara hürriyət, millətlərə istiqlal!

Navalnının arvadı haqda ŞOK: “İllərdir bunu gözləyirdi...”

1422 22.02.2024 15:12 Dünya A A

Qərb ölkələri istintaqın nəticələrini gözləmədən, artıq Aleksey Navalnının ölümü əsasında bütöv bir siyasi proqram qurublar.

Musavat.com xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiya mətbuatına müsahibəsində deyib.

Avropa İttifaqı diplomatiyasının rəhbəri Josep Borrelin insan hüquqlarının pozulmasına görə sanksiyalar mexanizminə Navalnının adının verilməsi təklifini şərh edən Medvedev deyib:

WhatsApp Image 2024-02-22 at 14.37.45.jpeg (222 KB)

“Bütün bunlar təəccüblü görünür, çünki onlar (red:Qərb ölkələri) baş verənlər haqqında hələ heç bir məlumata malik deyillər. Bununla belə, bütün bunlar artıq siyasi proqrama və təbliğata çevrilib”.

Navalnının ölümündən danışan Medvedev qeyd edib ki, belə faciəvi hadisələr həmişə çox fərqli emosiyalar yaradır:

“Navalnının dul arvadının gülərüz, şən üzünə baxın. Deyəsən, o bütün bu illər ərzində siyasi həyatını inkişaf etdirmək üçün bu hadisəni gözləyirdi. O artıq bu barədə danışıb. Bütün bunlar kədərlidir, həm də çox...”

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR