İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO Ukrayna hava məkanında Rusiya təyyarələrini vurmayacaq

399 15.07.2024 08:38 Siyasət A A

NATO qoşunları birbaşa Ukrayna münaqişəsində, o cümlədən bu ölkənin hava məkanında Rusiya təyyarələrinin və raketlərinin vurulmasında iştirak etməyəcək.

Bunu NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın “TSN” telekanalında deyib.

“NATO-nun siyasəti dəyişməz olaraq qalır - biz bu münaqişədə iştirak etməyəcəyik. Biz Rusiya təyyarələrinin məhv edilməsində Ukraynanı dəstəkləyəcəyik, lakin NATO bunda birbaşa iştirak etməyəcək”, - Stoltenberq bildirib.

NATO-nun baş katibi onu da vurğulayıb ki, alyans Kiyevə hərbi yardım göstərməyə, o cümlədən ölkənin hava hücumundan müdafiəsini gücləndirməyə davam edəcək.//report.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR