İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO ölkələri Ukraynaya silah tədarükü üçün 100 milyard dollarlıq fond yaradır

625 02.04.2024 21:04 Dünya A A

NATO-nun baş katibi Yens Stoltenberq iyulda ABŞ-da keçiriləcək NATO sammitində Ukraynaya beş il ərzində silah tədarükü üçün 100 milyard dollarlıq fond yaratmağı təklif edəcək.

Musavat.com xəbər verir ki, bu barədə Bloomberg Agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Stoltenberq iyul ayında ABŞ-da keçiriləcək sammitdə alyans ölkələrin liderləri tərəfindən imzalanacaq paket sazişlər çərçivəsində 5 il ərzində 100 milyard dollar məbləğində fond yaratmağı təklif edəcək. Vurğulanır ki, hələlik NATO-nun qərargahından rəsmi təsdiq yoxdur, fond bütün NATO ölkələri tərəfindən təsdiqlənməlidir, iyula qədər bu təklifə dəyişiklik edilməsi ehtimalı yüksəkdir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR