İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO gizli şəkildə “hərbi Şengen” yaratmağa hazırlaşır

318 29.01.2024 14:30 Dünya A A

NATO ölkələri iyul ayında Vaşinqtonda keçiriləcək sammitə qədər “hərbi Şengen” sisteminin yaradılması barədə razılığa gələ bilərlər.

Musavat.com xəbər verir ki, bu barədə “Times” qəzeti yazıb. Nəşrin məlumatına görə, Şengen zonasının ekvivalenti hərbi birləşmələrin Alyansa üzv ölkələrin sərhədləri daxilində sərbəst hərəkətinə imkan verəcək.

Qəzetin yazdığına görə, NATO liderləri uzun müddətdir ki, bu cür qərarlar üzərində razılığa gəlməyə çalışırlar və bütün bunlar ona görədir ki, sərhədyanı təlimlər çox vaxt çoxlu sənədləşmə işləri tələb edir. Nəşr qeyd edir ki, bu, hərbi böhran zamanı kritik ola bilər. Hazırda Avropada bir sıra “hərbi dəhlizlər” yaratmaq üçün danışıqlar aparılır.

Əvvəllər bildirilmişdi ki, NATO ölkələri Baltikyanı baza əsasında genişmiqyaslı “Sabit müdafiəçi” manevrlərinə başlayır. Onlara 90 minə yaxın hərbi qulluqçu, 80 təyyarə, 50 gəmi və mindən çox tank cəlb etməyi planlaşdırırlar.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, təlimlər Qərb siyasətinin mümkün qədər anti-Rusiyaya çevrildiyini göstərir. Onun sözlərinə görə, Rusiyanı cilovlamaq xətti “heç yerə getməyib” və indi pik həddə çatıb.

Çinli ekspertlər də əmindirlər ki, hərbi təlimlər “Rusiya təhlükəsi” görüntüsü yaratmaq məqsədi daşıyır. Çinin Renmin Universitetinin qlobal və regional tədqiqatlar məktəbinin mütəxəssisi Vanq Xianjunun dediyi kimi, bu obrazın yaradılması NATO-ya Avropa İttifaqının rezidentlərindən dəstək almağa imkan verəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR