İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO-dan Azərbaycana dair QƏRİBƏ AÇIQLAMA: "Qara dənizə birbaşa təsir edir..."

1861 13.07.2024 19:44 Son xəbər A A

NATO baş katibinin xüsusi nümayəndəsi Xavyer Kolomina "Amerikanın səsi"nin erməni xidmətinə müsahibə verib.

Musavat.com həmin müsahibənin bizə aid bölümünün icmalını təqdim edir:

▪️ NATO Cənubi Qafqaz regionunda sabitliyin və ABŞ və Aİ-nin iştirakı ilə Ermənistan və Azərbaycan arasında sülh prosesinə dəstəyin vacibliyini vurğulayıb.

▪️ NATO Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasına və uzunmüddətli sülh sazişinin bağlanmasına yönəlmiş münasibətlərin normallaşdırılması prosesini qətiyyətlə dəstəkləyir.

▪️ Qafqazda sabitliyə nail olmaq üçün münasibətlərin tənzimlənməsi həm regionun, həm də NATO-nun maraqlarına uyğundur. Qafqaz NATO üçün strateji əhəmiyyət kəsb edən Qara dəniz regionuna birbaşa təsir edir.

▪️ Ermənistan-Azərbaycan sülh prosesində irəliləyiş, Vaşinqtonda keçirilən üçtərəfli görüşdə müsbət irəliləyişlərlə bağlı nikbinlik var.

▪️ NATO gələcəkdə İrəvan və Bakı arasında münasibətlərin normallaşdırılması prosesinə dəstək verməyə hazırdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR