İnsanlara hürriyət, millətlərə istiqlal!

Narkotikin təsiri altında avtomobil idarə edən BMW sürücüsü həbs edilib

682 30.03.2024 13:31 Kriminal A A

Füzuli rayon sakini Taleh Quliyev "BMW" markalı nəqliyyat vasitəsi ilə yol-hərəkəti qaydasına pozduğuna görə saxlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində sürücünün avtomobili narkotikin təsiri altında idarə etdiyi müəyyən edilib.

Sürücü barəsində inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarına əsasən o, 8 gün müddətinə inzibati qaydada həbs edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR