İnsanlara hürriyət, millətlərə istiqlal!

Narkotik aludəçisi olan model xəstaxanaya yerləşdirildi

711 01.11.2023 12:38 Son xəbər A A

Xəbər verdiyimiz kimi, bir vaxtlar şou-biznesdə Təhminə adı ilə məşhurlaşan model və iş xanımı Rövşanə Kərimovanın anası qızının narkotik aludəçisi olduğunu açıqlayıb.

Musavat.com axşam.az-a istinadən bildirir ki, Təhminə müalicə almaq üçün reabilitasiya mərkəzinə yerləşdirilib. Bu haqda aparıcı Elgiz Əkbər proqramında deyib. "Elgizlə izlə" verilişinə virtual qoşulan Təhminə bir neçə gündür müalicəsinin başladığını söyləyib.

Qeyd edək ki, Təhminə İngiltərə vətəndaşı olan iş adamı ilə ailə qurub. Həmin şəxs Təhminəyə çox sayda evlər alıb. Modelin həmin bəydən övladı dünyaya gəlib. O bildirib ki, narkotik istifadə etdiyi üçün həyat yoldaşı ondan ayrılıb. Rövşanə Kərimovanın anası sözügedən verilişə çıxaraq qızının milyonluq evlərini satdığını açıqlamışdı. Təhminə Faiq Ağayev, Samir Bağırov, Fərhad Bakinski kimi sənət adamlarının klipində çəkilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR