İnsanlara hürriyət, millətlərə istiqlal!

Narkoman məmurlar, “Park Bulvar”dakı bloger izdihamı və ermənilərlə yeni münasibətlər – Fazil Mustafa ilə “Canlı debat”

1397 18.04.2022 13:37 Gündəm A A

Rusiyanın Müdafiə Nazirliyi ilk dəfə olaraq müharibədə həlak olan Ukrayna Silahlı Qüvvələrinin əsgərləri haqda siyahı dərc edib. Siyahıda həlak olan Ukrayna əsgərlərinin şəxsi məlumatları əks olunub.

Bu barədə bazar ertəsi, aprelin 18-də Rusiyanın Müdafiə Nazirliyi rəsmi Telegram kanalında məlumat verib.
Siyahıda hərbçilərin doğum tarixi, hərbi ixtisasları və vəzifələri, hərbi hissələrin nömrəsi, habelə ölüm halları göstərilir. Siyahı müvafiq olaraq üç və dörd hissədən ibarət iki böyük qrupa bölünür.

Müdafiə Nazirliyinin məlumatında vurğulanır ki, hərbi idarə Ukrayna ordusunun, milli qvardiyasının və gələn xarici muzdluların həqiqi itkiləri barədə etibarlı məlumatlara malikdir. Rusiya tərəfinin iddiasına görə, bu günə qədər Ukrayna tərəfindən real sənədləşdirilmiş itkilər 23367 nəfərdir.
“Rusiya Müdafiə Nazirliyinin sərəncamında olan sənədlər də çoxlu sayda fərari, yaralı və itkin düşmüş hərbçilərin olduğuna dəlalət edir”, - deyə məlumatda bildirilir.

Xatırladaq ki. Ukrayna prezidenti Vladimir Zelenski bir neçə gün öncə müharibədə ölən ukraynalı hərbçilərin sayının təxminən 3 min nəfər olduğunu bildirmişdi.

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatına görə, Rusiya tərəfi bu günə kimi müharibədə 20600 nəfər itirib.

Bu gün TV Müsavatın “Canlı debat” verilişinin studiya qonağı millət vəkili Fazil Mustafa Rusiya-Ukrayna müharibəsindəki son dəqiqə xəbərlərini şərh etməklə yanaşı, sabah Paşinyanın Moskva səfərinin Azərbaycan üçün mümkün nəticələrini də təhlil edəcək. Bundan başqa, F.Mustafa Ermənistanla münasibətlərdə yeni strategiyanın tətbiqi barədə təklif verib. Məmurlar arasında narkotik istifadəçilərinin olması, habelə Park Bulvar”da dünən baş verən bloger Hüseynlə izdihamlı görüşü də şərh edəcək millət vəkili tamaşaçılarımızın suallarını da cavablandıracaq.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR